naminə (xatirinə, ...xatiri üçün)

in the name of someone or smth. / for the sake of someone or smth. во имя (ради, в память кого-либо)
nalayiq (ədəbsiz, yaraşmaz, qəbahətli)
OBASTAN VİKİ
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Azərbaycan naminə
Azərbaycan naminə!
Qanun naminə
Qanun naminə (film, 1968) — kinorejissor Muxtar Dadaşovun lentə aldığı Azərbaycan filmi. Qanun naminə (teleserial, 2013) — rejissor Xanlar Ağayevin lentə aldığı Azərbaycan teleserialı.
Həyat Naminə (1980)
Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Qanun Naminə (1968)
Qanun naminə — Yazıçı Süleyman Rəhimov "Mehman" əsəri əsasında Rejissor Muxtar Dadaşovun çəkdiyi film. Kinolentdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən danışır. Rayonların birinə işləməyə gəlmiş prokuror(Bimbolat Vatayev) qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur. Film rejissor Muxtar Dadaşovun bədii kinoda ilk müstəqil işidir. Film yazıçı Süleyman Rəhimovun "Mehman" povestinin motivləri əsasında ekranlaşdırılmışdır. Əsərin müəllifi: Süleyman Rəhimov Ssenari müəllifi: Muxtar Dadaşov Quruluşçu rejissor: Muxtar Dadaşov Quruluşçu operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Geyim rəssamı: Kazım Kazımzadə Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Qrim rəssamı: Telman Yunusov Montaj edən: Yevgeniya Abdirkina Operator: Fəraməz Məmmədov Rejissor assistenti: Rauf Nağıyev, T.Məmmədov, Xamis Muradov, A.Süleymanov Operator assistenti: R. Əmirov, Həmzə Əhmədoğlu Redaktor: Y.Vəkilov, N.İbrahimova Çalır: Kinematoqrafiyanın Dövlət Simfonik Orkestri Dirijor: A.Roytman Filmin direktoru: A.Dudiyev, Daniil Yevdayev Bimbolat Vatayev — Mehman Rza Təhmasib — Qaloş Adil İsgəndərov — Kamilov Mustafa Mərdanov — Murtuzov Flora Kərimova — Züleyxa Nəcibə Məlikova — Zərrintac Rza Əfqanlı — Vahidov Nəsibə Zeynalova — Şəhla xanım; Qarı nənə Hacıbaba Bağırov — Arif Əliağa Ağayev — Məmmədxan Sədayə Mustafayeva — Xatun Məmmədsadıq Nuriyev — Sərrafzadə Rauf Qəniyev — Altay Hökümə Qasımova — Yavər Muxtar Maniyev — dustaq; Cəbirov Tələt Rəhmanov — həkim Janna Smelyanskaya - Balış Ələkbər Seyfi — qoca Sadıq Həsənzadə — Mirzə Məryəm Seyidbəyli — Solmaz Ceyhun Mirzəyev — Absalam N.Məmmədov — Salamatov Almaz Əsgərova (Almaz Ələsgərova kimi) — Salamatovun arvadı Məmməd Sadıqov — dustaq Ramiz Məlikov — gənc prokuror Hacıməmməd Qafqazlı — kəndli Abbas Rzayev — kəndli Habil Əliyev — kamançaçı Mustafa Süleymanov — kəndli Xamiz Muradov — banda başçısı Arzu Hüseynov - kəndli uşaq (titrlərdə yoxdur) Bikəxanım Rzazadə - kənd sakini (titrlərdə yoxdur) Muxtar Maniyev - məhbus (titrlərdə yoxdur) Nadir Əsgərov (aktyor) - kənd sakini (titrlərdə yoxdur) Məcid Abdullayev - kənd sakini (titrlərdə yoxdur) Arif Həbibi - teatr işçisi (titrlərdə yoxdur) Əminə Yusifqızı — Züleyxa (Flora Kərimova) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Mehman (Bimbolat Vatayev) (titrlərdə yoxdur) Əli Zeynalov — Vahidov (Rza Əfqanlı) (titrlərdə yoxdur) Dadaş Kazımov — qoca;məhbus (Ələkbər Seyfi) (titrlərdə yoxdur) Amaliya Pənahova — Balış (Janna Smelyanskaya) (titrlərdə yoxdur) Bahadur Əliyev — Salamatov (N.Məmmədov) (titrlərdə yoxdur) Ətayə Əliyeva — Xatun (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Mirzə (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Əzizağa Qasımov — banda başçısı (Xamiz Muradov) (titrlərdə yoxdur) А. Минский. "Призыв на подвиг". Газета "Советская Татария", 1 июня 1969 г. М. Бельявский. "Именем закона".
Sülh Naminə Tərəfdaşlıq
Sülh Naminə Tərəfdaşlıq (ing. Partnership for Peace; PfP) — Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Avropanın digər dövlətləri və postsovet ölkələri arasında etimadın yaradılmasına yönəlmiş NATO proqramı; 20 dövlət bura üzvdür. İlk dəfə Bolqarıstanın "Novae" cəmiyyəti tərəfindən müzakirə edilmişdir. Bu, 20–21 oktyabr 1993-cü ildə Almaniyanın Travemünde şəhərində keçirilən NATO Müdafiə Nazirlərinin görüşündə ABŞ təşəbbüsü kimi təklif edilmiş və 10–11 yanvar 1994-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən NATO sammitində rəsmi olaraq fəaliyyətə başlamışdır. ABŞ Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə, prezident Bill Klinton Sülh Naminə Tərəfdaşlığı "NATO üzvlüyünə aparacaq yol" və "Avropanı bir neçə yüz mil şərqə doğru ayıran başqa bir xətt çəkməyən" yol kimi təsvir etmişdir. NATO təlimlər, fəlakətlərin planlaşdırılma və cavab tədbirləri, elmi və ətraf mühit məsələləri, peşəkar inkişaf, siyasətin planlaşdırılması və mülki hökumətlə əlaqələrdə əməkdaşlıq vasitəsilə tərəfdaşlarla əlaqələr qurur.
Adı naminə (film, 2013)
«Adı naminə» (pol. W imie) — rejissor və ssenari müəllifi Malqojata Şumovskanın 2013-cü ildə ekranlaşdırdığı filmi. Filmin əsas mövzusu — öz seksuallığı ilə mübarizə aparmağa çalışan rahib barədə bəhs edilir. Rejissor Malqojata Şumovskanın sözlərinə görə, o öz filmi ilə Polşa pressalarında kilsənin və kilsə nümayəndələrinin homoseksuallığı barədə kütləvi şəkildə yayılan müzakirələrdə qətiliklə öz fikrini bildirmək istədi. Film 2013-cü ilin Berlinale kino festivalında, 25 iyun 2013-cü ildə isə San Fransiskonun Castro teatrında hər il düzənlənən "Frameline" Film Festivalında nümayiş edilmişdi. Roma Katolik kilsəsində çalışan ruhanilər artıq uzun müddətdir, azyaşlılara olan cinsi istismar və pedofiliya ittihamlarına görə pərt olurlar və "Adı naminə" filmini izlərkən bu iddiaları yada salmamaq çox çətindir. 96 dəqiqəlik film diqqətlə daxildən bu məsələni araşdırır: yeniyetmə yetim oğlanlar üçün bir polyak kəndinin mərkəzində öz cinsi oriyentasiyası ilə mübarizə aparan rahib, mənəvi dəstək məqsədilə "mürəbbi" mərkəzi açır. Keşiş Adam (baş rolda Andjey Hıra) — kənd sakinləri arasında populyar olan xarizmatik rahibdir. Burada o problemli gənclərlə işləyir və kənddəki yetimxanaya nəzarət edir. Burada yaşayan oğlanların həmişə yumuruqlarını işə salaraq, dava etməyə və xuliqanlıqla məşğul olmağa daim hazır olması təkzibolunmaz bir faktdır.
Azərbaycan naminə! (film, 2004)
Azərbaycan naminə (film, 2005)
Həyat naminə (film, 1980)
Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
Qanun naminə (film, 1968)
Qanun naminə — Yazıçı Süleyman Rəhimov "Mehman" əsəri əsasında Rejissor Muxtar Dadaşovun çəkdiyi film. Kinolentdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən danışır. Rayonların birinə işləməyə gəlmiş prokuror(Bimbolat Vatayev) qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur. Film rejissor Muxtar Dadaşovun bədii kinoda ilk müstəqil işidir. Film yazıçı Süleyman Rəhimovun "Mehman" povestinin motivləri əsasında ekranlaşdırılmışdır. Əsərin müəllifi: Süleyman Rəhimov Ssenari müəllifi: Muxtar Dadaşov Quruluşçu rejissor: Muxtar Dadaşov Quruluşçu operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Geyim rəssamı: Kazım Kazımzadə Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Qrim rəssamı: Telman Yunusov Montaj edən: Yevgeniya Abdirkina Operator: Fəraməz Məmmədov Rejissor assistenti: Rauf Nağıyev, T.Məmmədov, Xamis Muradov, A.Süleymanov Operator assistenti: R. Əmirov, Həmzə Əhmədoğlu Redaktor: Y.Vəkilov, N.İbrahimova Çalır: Kinematoqrafiyanın Dövlət Simfonik Orkestri Dirijor: A.Roytman Filmin direktoru: A.Dudiyev, Daniil Yevdayev Bimbolat Vatayev — Mehman Rza Təhmasib — Qaloş Adil İsgəndərov — Kamilov Mustafa Mərdanov — Murtuzov Flora Kərimova — Züleyxa Nəcibə Məlikova — Zərrintac Rza Əfqanlı — Vahidov Nəsibə Zeynalova — Şəhla xanım; Qarı nənə Hacıbaba Bağırov — Arif Əliağa Ağayev — Məmmədxan Sədayə Mustafayeva — Xatun Məmmədsadıq Nuriyev — Sərrafzadə Rauf Qəniyev — Altay Hökümə Qasımova — Yavər Muxtar Maniyev — dustaq; Cəbirov Tələt Rəhmanov — həkim Janna Smelyanskaya - Balış Ələkbər Seyfi — qoca Sadıq Həsənzadə — Mirzə Məryəm Seyidbəyli — Solmaz Ceyhun Mirzəyev — Absalam N.Məmmədov — Salamatov Almaz Əsgərova (Almaz Ələsgərova kimi) — Salamatovun arvadı Məmməd Sadıqov — dustaq Ramiz Məlikov — gənc prokuror Hacıməmməd Qafqazlı — kəndli Abbas Rzayev — kəndli Habil Əliyev — kamançaçı Mustafa Süleymanov — kəndli Xamiz Muradov — banda başçısı Arzu Hüseynov - kəndli uşaq (titrlərdə yoxdur) Bikəxanım Rzazadə - kənd sakini (titrlərdə yoxdur) Muxtar Maniyev - məhbus (titrlərdə yoxdur) Nadir Əsgərov (aktyor) - kənd sakini (titrlərdə yoxdur) Məcid Abdullayev - kənd sakini (titrlərdə yoxdur) Arif Həbibi - teatr işçisi (titrlərdə yoxdur) Əminə Yusifqızı — Züleyxa (Flora Kərimova) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Mehman (Bimbolat Vatayev) (titrlərdə yoxdur) Əli Zeynalov — Vahidov (Rza Əfqanlı) (titrlərdə yoxdur) Dadaş Kazımov — qoca;məhbus (Ələkbər Seyfi) (titrlərdə yoxdur) Amaliya Pənahova — Balış (Janna Smelyanskaya) (titrlərdə yoxdur) Bahadur Əliyev — Salamatov (N.Məmmədov) (titrlərdə yoxdur) Ətayə Əliyeva — Xatun (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Mirzə (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Əzizağa Qasımov — banda başçısı (Xamiz Muradov) (titrlərdə yoxdur) А. Минский. "Призыв на подвиг". Газета "Советская Татария", 1 июня 1969 г. М. Бельявский. "Именем закона".
Qanun naminə (teleserial, 2013)
"Qanun naminə" — Lider televiziya və radiosunun sifarişi ilə "ProMix Production" şirkəti tərəfindən lentə alınan teleserial. "Qanun naminə" teleserialının məqsədi tamaşaçıları XX əsrdə törədilmiş və Azərbaycanın Dövlət Təhlükəsizlik orqanları əməkdaşlarının peşəkarlığı sayəsində açılmış cinayətlərin tarixi ilə tanış etməkdir. Teleserialın ilk 8 seriyası XX əsrin 30-60-cı illərində baş verən hadisələrə həsr edilib. Bu teleserial tamaşaçıya keçən əsrin atmosferini dərindən dərk etməyə və həmin dövrdə baş verən hadisələri hiss etməyə kömək edəcək. Tamaşaçı həmçinin bu telerserial sayəsində iki müxtəlif dövrü müqayisə edə biləcək. Teleserialda tarixi xronika və sənədlərdən, həmçinin arxiv materiallarından istifadə olunub. Teleserial stereomusiqidən istifadə etməklə HD formatında çəkilib.
Səadət naminə (film, 1974)
Film Oktyabr inqilabının 56-cı ildönümünün Azərbaycanda bayram edilməsi, respublika zəhmətkeşlərinin bayramqabağı əmək müvəffəqiyyətləri, Sov. İKP XXIV qurultayı qərarlarının yerinə yetirilməsi, ölkəmizdə kommunizm quruculuğu uğrunda mübarizə haqqındadır. Bakının Lenin adına meydanında (indiki Azadlıq meydanı) keçirilən hərbi parad və zəhmətkeşlərin nümayişini əks etdirən kadrlar da filmə daxil edilmişdir.
Ədalət naminə (film, 2014)
Ədalət naminə 2014-cü ilin ABŞ döyüş, neo-noir, viqilant, cinayət, triller filmidir. Rejissorluğunu Antuan Fukuanın etdiyi, ssenarisini Riçard Venkin yazdığı, filmin baş rollarında Denzel Vaşinqton, Marton Çokaş, Kloe Qreys Moretz, Devid Harbor, Bill Pallman və Melissa Leo yer almaqdadır. Filmin çəkilişləri 2013-cü ilin iyun ayında başladı və Massaçusettsin müxtəlif şəhərlərində oldu. Filmin qalası Toronto Beynəlxalq Film Festivalında 7 sentyabr 2014-cü ildə oldu və 26 sentyabrda sinemalarda yerini aldı. Tənqidçilərdən müxtəlif rəylərinə baxmayaraq film $192 milyon gəlir əldə etdi. Robert Makkall sirrli keçmişini arxada qoyub özünü yeni, rahat həyata başlayar. Amma sonradan Rus qanqsterlərin nəzarəti altında olan Alina adındakı gənc, fahişə qızla tanış olar bə boş durmaz, ona kömək etməyə qərar verər. Çəkilişlərə 2013-cü ilin iyun ayında başladı və Solsberi, Hamilton, Çelsi, Haverhill və Boston şəhərlərində oldu. 24 fevral 2014-cü ildə, filmin təqdim edilməsindən yeddi ay öncə, Sony Pictures və Escape Artistsin filmin davamını planladıqları açıqlandı. 22 aprel 2015-ci ildə filmin davamını ediləcəyi və Denzel Vaşinqton obrazı təkrar canlandıracağı deyildi.
Sevastopol naminə (film, 2015)
Sevastopol uğrunda döyüş (rusca: "Битва за Севастополь"; Rom: Bitva za Sevastopol; ukraynca: Незламна"; Rom: Nezlamna) İkinci Dünya müharibəsində nasistlərin Sovet İttifaqına hücumuna qarşı Qırmızı Orduya qoşulan sovet qadın snayperçi olan Lyudmila Pavliçenkonun həyat hekayəsindən bəhs edən Rusiya və Ukraynanın müştərək istehsalı olan filmdir. Filmdə 2015-ci ilin aprelin 2-də buraxılmışdır. Bu filmin ssenari müəlliflərindən biri olan Leonid Korin Baxmuta edilmiş hücum zamanı qəhrəmancasına həlak olmuşdur. Korin 2023-cü ilin yanvar ayında xüsusi olaraq təşkil edilmiş olan bir əməliyyat üçün könüllü olmuşdur. Müəllif Orkestrin kəşfiyyat dəstəsində PKM-nin atıcı köməkçisi kimi xidmət etmişdir. O, 29 mart 2023-cü ildə Baxmut anqarlarına edilmiş olan hücum zamanı öldürülmüşdür. Hücum qrupu düşməni işğal olunmuş xətlərdən çıxarsa da, rəqibin güclü artilleriya atəşinə məruz qalmışdır. Korin artilleriya atəşi zamanı atılan mərmilərdən birinin qəlpələrindən ağır formada yaralanmışdır. Korin Vaqner Şirkətinin daxili mükafatlarını almışdır: bunlara Qızıl Xaç, Şücaət medalı, döyüşlərdəki nailiyyətlərinə görə almış olduğu Qan və Şücaət medalı daxildir. O, ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edilmişdir.
Dostluq üçün futbol
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur. "Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Xaçın xətri üçün
Almaniya üçün Alternativ
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — 2013-cü ildə yaradılmış Almaniya siyasi partiyasıdır. AfD Almaniyada avroskeptik, milliyyətçi və mühafizəkar populist siyasi partiya kimi xarakterizə olunur. Partiya 2017-ci il federal seçkilərində Bundestaqa (Almaniya parlamenti) daxil olmuşdur və hazırda ölkənin bütün 16 əyalət parlamentində təmsil olunur. AfD-nin yüksəlişi, Almaniya və Avropa siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. AfD, 6 fevral 2013-cü ildə Frankfurtda bir qrup iqtisadçı, jurnalist və akademik tərəfindən quruldu. Partiyanın qurucu liderləri arasında iqtisadçı Bernd Lucke, jurnalist Konrad Adam və hüquq professoru Alexander Gauland var idi. AfD-nin qurulmasında əsas motivasiya, Avro böhranına qarşı narazılıq və Almaniyanın Avrozonadan çıxması tələbi idi. Partiya, avronun Almaniya iqtisadiyyatına zərər verdiyini və Almaniyanın Avropa Birliyi (AB) tərəfindən borclu ölkələrə maliyyə yardımı etmək məcburiyyətində qaldığını iddia edirdi. AfD, qurulduğu ilk gündən etibarən sürətlə böyüdü və 2013-cü ilin sentyabr ayında keçirilən federal seçkilərdə %4.7 səs topladı.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız arilər üçün

Sevinc üçün oda
"Sevinc üçün" oda (alm. An die Freude‎) — Fridrix Şiller tərəfindən 1785-ci ildə yazılmış oda. 1786-cı ildə Leypsiqdə çıxan "Taliya" jurnalında nəşr edilmişdir. Oda 1793-cü ildə yenidən işlənmiş və sonradan müxtəlif bəstəkarlar tərəfindən bir neçə dəfə ona musiqi bəstələnmişdir. Ən məşhuru 1823-cü ildə Bethoven tərəfindən bu oda üçün bəstələnmiş və məşhur 9-cu simfoniyaya daxil edilmiş musiqidir. 1972-ci ildə Avropa Şurasının, 1985-ci ildən isə Avropa Birliyinin (1993-cü ildən Avropa İttifaqının) rəsmi himni kimi qəbul edilmişdir. 1974-cü ildə bu melodiya əsasında Cənubi Rodeziya dövlət himni " Daha yüksək səslən, Rodeziyanın səsi " qəbul edildi.
Drakula üçün qan
Drakula üçün qan (ing. Blood for Dracula) — 1974-cü ildə istehsal olunmuş filmdir. Drakula üçün qan — Internet Movie Database saytında.